PMD Group-a yeni Baş icraçı direktor təyin edilib
Şirkətin korporativ idarəçilik infrastrukturunda aparılan dəyişikliklər çərçivəsində verilmiş qərara əsasən Dəyanət Sədullayev “PMD Group” MMC-nin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Dəyanət Sədullayev PMD Group-da 2015-ci ildən etibarən fəaliyyətə başlamış və daha əvvəl Baş maliyyə direktoru, sonuncu təyinata qədər isə Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
PMD Group 2013-cü ildən təsis olunmuş və fərqli təyinatlı daşınmaz əmlak aktivlərinin idarə olunması, onlara investisiya qoyuluşu, tikinti, satış və s. işləri həyata keçirən geniş profilli bir şirkətdir. Təsis olunduğu gündən etibarən idarəedicilərin düzgün və səmərəli idarəetmə yanaşmaları tətbiq edilməklə daim irəliləyən və bugünkü inkişaf səviyyəsinə çatan şirkət yeni mərhələyə keçid etməkdədir.
Dürüstlük, gəlirlilik, sahibkarlıq, keyfiyyət və əməkdaşlıq kimi mühüm dəyərləri əsas tutaraq daşınmaz əmlak sahəsinin bütöv dəyər zəncirindəki imkanlarından faydalanmaqla, effektiv idarəçilik metodlarını tətbiq etməklə və bütün bazara, eləcə də müştərilərə innovativ və səmərəli həllər təklif etməklə, daşınmaz əmlakın inkişafı və xidmətləri sektorunda Azərbaycanın aparıcı şirkətinə çevrilmək istəyən PMD Group yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini və xidmətlərini cəmiyyətə təqdim etməyi hədəfləyir.
Xatırladaq ki, maliyyə sahəsində qabaqcıl sertifikatlara (CPA, CGMA, IFRS Certificate) sahib olan Dəyanət Sədullayev PMD Group-dakı fəaliyyətinə qədər müxtəlif yerli şirkətlərdə çalışmış, eləcə də Ernst&Young şirkətinin Bakı ofisində menecer vəzifəsinə qədər yüksəlmiş, daha sonra Kanadanın bir neçə şirkətində Baş maliyyə direktoru kimi fəaliyyətini davam etdirmişdir.
O, Azərbaycan Dövlət İqtisad Universitetindən Biznesin idarə olunması üzrə Bakalavr və Magistr dərəcələrinə sahibdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)









.jpg)


