İlk rübdə Naxçıvanda 50 milyon manata yaxın kredit verilib
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 aprel 2021-ci il tarixə muxtar respublikasının iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 220 milyon 965 min manata çatıb. Bu kreditlərin 12 milyon 547 min manatı qısamüddətli, 208 milyon 391 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublika İdarəsinin yaydığı məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 31 milyon 790 min manat və ya 16,8 faiz artmışdır.
Bank və kredit təşkilatları tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 48 milyon 368 min manat kredit verilmişdir ki, bunun da 8 milyon 830 min manatını qısamüddətli, 39 milyon 538 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 4 milyon 700 min manatı sənaye, 4 milyon 157 min manatı kənd təsərrüfatı, 1 milyon 78 min manatı kommersiya, 1 milyon 165 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 30 min manatı səhiyyə və sosial xidmət sahəsinə, 37 milyon 238 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1437-yə çatdırılıb. 2021-ci ilin yanvar-mart aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 10 milyon 590 min 718 manat təşkil edib.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da mühüm işlər görülüb. Belə ki, 1 aprel 2021-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 12 milyon 6 min manat, o cümlədən milli valyuta ilə 11 milyon 127 min, xarici valyuta ilə 879 min manat həcmində təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







