Dövlət Neft Fondunun aktivləri azalıb - GƏLİR VƏ XƏRCLƏR
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 milyard 182,1 milyon manat, büdcə xərcləri isə 2 milyard 519,9 milyon manat təşkil etmişdir.
Fondun yaydığı məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat təşkil etmişdir.
Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714,0 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.
Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilmişdir. 2021-ci ilin ilk rübü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,5 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 milyard 27,5 milyon manat təşkil etmişdir.
2021-ci il aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 milyard 761,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















