Azərbaycanda tramvaylar bərpa edilir, “Carsharing” olacaq
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Marja-nın məlumatına görə, “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov bildirib ki, Ağdamda elektriklə işləyən yeni tramvay xətləri də nəzərdə tutulub. Tramvaylar relslər olmadan təkərlər üzərində hərəkət edəcək.
Ruslan Sadıqov: Nəqliyyat infrastrukturu - piyadalar birincidir, fərdi velosiped vasitələri ikincidir, ictimai nəqliyyat üçüncü yeri tutur. Sizin tapşırığınıza uyğun olaraq, elektriklə işləyən yeni tramvay xətləri də nəzərdə tutulub, relslər olmadan təkərlər üzərində hərəkət edəcək.
Prezident İlham Əliyev: Tramvaylar ölkəmizdə hələ heç yerdə yoxdur, özü də elektriklə işləyən.
İctimaiyyət nümayəndələri: Trolleybus da. Möhtərəm cənab Prezident, Allah Sizi qorusun, elə gözəl layihələr həyata keçirmisiniz ki, Ağdamımız da Şuşa ilə bir yerdə cənnət bağı olacaq.
Prezident İlham Əliyev: Mən demişəm, cənnət olacaq.
İctimaiyyət nümayəndəsi: Cənnət bağında mənim tarım da olacaq, ifam da olacaq, başda Siz olmaqla. Allah Sizi qorusun.
Ruslan Sadıqov: Cənab Prezident, bu tramvay dairə ilə hərəkət edəcək, bu dairənin ortasında 60 metrlik yol olacaq. Bu yol Sizin təməlini qoyduğunuz ilk yaşayış kvartalından başlayır və gəlib administrativ mərkəzə çıxır. Mərkəzdə yeni meydan qurulacaq, o meydanın tribunası olacaq, şəhər administrasiyası yerləşəcək və qarşısında da konqres hol olacaq.
Prezident İlham Əliyev: Dəmir yolu vağzalı?
Ruslan Sadıqov: Bəli, şəhərin şərqində yerləşdirilib. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın, onlar o yolda yerləşdirilsin. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulub ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - bunlar hamısı vəhdət təşkil edir və bir-birinin yaxınlığındadır. Uşaq məktəblərinin əlçatanlığı burada dairələrlə göstərilib, hamısı 300-350 metr məsafədədir. İnsanın hansı nöqtədə yaşamasından asılı olmayaraq, 300-350 metrliyində məktəb olacaq.
Prezident İlham Əliyev: Piyada gedəcək?
Ruslan Sadıqov: Bəli, piyada gedəcək. Bu da ictimai nəqliyyatdan, şəxsi nəqliyyatdan istifadənin sayını minimuma endirmək üçün nəzərdə tutulub. Burada şəhər parklarının əhatə dairəsi də verilib. İnsan evindən çıxarkən 400 metrdən bir istirahət parkına çatmış olacaq. Bu da ictimai məkanlardır.
Prezident İlham Əliyev: Yaşamaq üçün əsl şəhər olacaqdır.
Ruslan Sadıqov: Ağıllı və dayanıqlı şəhər, ictimai nəqliyyat. Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və “Carsharing”. Bilirsiniz, insanlar maşınlarını bölüşürlər. Sifarişlə “Smart mobility” və yaxud elektrik samakatları var, gənclər buna çox üstünlük verirlər, şəhərimizin özündə də bunu görə bilirik. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər. Piyadalar onlara, onlar isə piyadalara mane olmayacaqlar. Bu, ağıllı və dayanıqlı şəhərin müddəalarının ən vaciblərindən biridir, hansı ki, ekologiyaya da təsir edir, insanların yaşayış səviyyəsinə də. 79 kilometr velosiped yolu nəzərdə tutulub. Bu, həmin o dediyimiz elektrik tramvayıdır.
Prezident İlham Əliyev: Relsi yoxdur da?
Ruslan Sadıqov: Xeyr, bunun relsi yoxdur. Bu, birinci dairədir, hansı ki, ilkin mərhələdə olacaq. Bu, ikinci dairədir. Allah qoysa, şəhər əhalisi 100 min nəfərə çatanda üçüncü dairə kimi də əlavə avtobus nəqliyyatı nəzərdə tutulub.
Bu, yolların infrastrukturudur, cənab Prezident. Biz görürük ki, ən enli yol - tramvay xətti prospekti 60 metrlikdir. Burada piyada yolları, velosiped yolları var. Tramvay və avtomobil yolları buraya aid edilmir.
Prezident İlham Əliyev: Ayrıca xətdir?
Ruslan Sadıqov: Bəli, ayrıca xətdir. Deməli, avtomobil sıxışdırılıb ortaya salınıb ki, onlar gediş-gəlişdə piyadalara heç cür təsir etməsin.
Prezident İlham Əliyev: Bütün şəhərlərdə adətən tramvay avtomobil yolunun ortası ilə gedir və bu, bir qədər təhlükə yaradır, amma burada ayrıca xətt olacaq.
Ruslan Sadıqov: Bəli, bu, ayrıca xətdir, dayanacaqlar olacaq, insanlar oradan tramvaya minib gedəcəklər. Bu, şəxsi avtomobillərə, trafikə təsir etməyəcək. Bu 60 metrlik yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq, səkiləri çox enlidir. Bunlar yol kəsişmələridir, ən kiçik yollarımız isə 20 metrlikdir. Onların da strukturu verilib. Hamısında da velosiped yolları nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






