Şahin Mustafayev sədr təyin olunub
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü komissiyasının statusu artırıldıAzərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər.
Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.
Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.
Hazırda Azərbaycan ÜTT-nin 20 üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.
Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
44 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
46 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 48 d. əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb






















