İki bankın əmlakı hərraca çıxarılır
Azərbaycanda ləğvetmə prosesində olan banklardan ilk olaraq "Royal Bank" ASC və "Atrabank" ASC-nin əmlakları hərraca çıxarılacaq.
Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı müqavilə imzalanacaq:
"Artıq Hərrac Mərkəzi ilə danışıqlar aparılıb. Fondun Himayəçilik Şurası tərəfindən əmlakların hərraca və satışa çıxarılması qaydaları hazırlanıb və təsdiqlənib. Yaxın zamanlarda Hərrac Mərkəzi ilə müqavilə imzalanacaq. "Atrabank"ın bütün əmlakı satışa çıxarılacaq. Əmlaklar satıldıqca kreditorların tələbləri daha sürətlə yerinə yetiriləcək. "Atrabank"ın əmlakların bazar dəyəri 14 milyon manat dəyərində qiymətləndirilir. Əmlakların balans dəyəri isə 37 milyon manat təşkil edir".
Azad Cavadov məlumat verib ki, ləğvetmə prosesində olab “Atrabank” ASC-nin kredit portfeli 71,4 mln. manatdır.
Onun sözlərinə görə, bu məbləğ 3 mindən artıq fiziki və hüquqi şəxsə verilib: “Standard kreditlərin sayı 63, məbləği 692 min manatdır. Bunun 49-u və yaxud 614 min manatı təminatlı, 14-ü və yaxud 78 min manatı təminatsızdır. Bankdakı qeyri-standart kreditlər isə 2983 ədəd – 70 mln. manatdır”.
A.Cavadov qeyd edib ki, “Atrabank”ın kredit portfelindən əldə olunması ehtimal edilən vəsait 35 mln. manatdır: “Bunun 4 mln. manatı artıq yığılıb. Fond isə 14 mln. manat kompensasiya ödəyib. Tezliklə “Atrabank”ın əmlakının satışına başlayacağıq. Hərrac mərkəzi ilə danışmışıq. İlk olaraq bu bankın əmlakı satılacaq. Əmlakdan 14 mln. manat vəsait daxil olacağı gözlənilir”.
ADİF-in icraçı direktoru həmçinin deyib ki, “Atrabank”ın öhdəlikləri 89 mln. manatdır: “Bunun 22 mln. manatı Azərbaycan Mərkəzi Bankı, 32 mln. manatı fiziki şəxslər, 5 mln manatı hüquqi şəxslər, 11 mln. manatı banklar, 6,9 mln. manatı digər maliyyə institutları qarşısında olan öhdəliklərdir. Həmçinin, 9,8 mln. manat məbləğində digər öhdəlik var”.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















