“50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik”
Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri “AZPROF” MMC-nin səhmlərini yaxın adamının adına keçirdiyi iddia edilir.
İran vətəndaşı Hacı Reza Əkbər bildirib ki, o, “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət “AZPROF” MMC-nin 50 faiz payına malikdir.
İddiaya əsasən, milyonlarla dollar dəyərində olan onlara məxsus 50 faiz pay etibarsız əqd əsasında 10 min manata digər şəxslərə satılıb. Lakin bu alqı-satqı müqaviləsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Apellyasiya və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Şikayətçinin sözlərinə görə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aylarla icra edilməyib: ““Tulu Fəcr Tehran Limited” şirkəti həmin müəssisədə rəsmi olaraq pay sahibi olsa da, faktiki olaraq fəaliyyət göstərə bilmirik.
Qətnamənin icra olunmamasının və məhkəmə instansiyalarında süründürməçiliyə məruz qalmağımızın səbəbi Ali Məhkəmənin hakimi Xəqani Məmmədovdur. Hazırda bizim şirkətə Xəqani Məmmədovun Xanlar adlı əmisi oğlu rəhbərlik edir.
Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik. Digər pay sahibləri də bizə açıq şəkildə deyir ki, qətnaməni ləğv etdirəcəyik, sizə məxsus pay artıq Xəqani Məmmədovundur”.
Hacı Reza Əkbər qeyd edir ki, aidiyyatı dövlət qurumlarına müraciət etdikdən sonra qarşı tərəf də Konstitusiya Məhkəməsinə müraciət edib: “Belə işlər nadir hallarda Konstitusiya Məhkəməsində icraata götürülür. Bu işi də Xəqani Məmmədov Konstitusiya Məhkəməsinə çıxartdı və qərarın ləğv edilərək yenidən apellyasiya instansiyasına göndərilməsinə nail oldu. Hətta bu iş üzrə Ali Məhkəmənin Plenum iclasında yeganə əleyhimizə sual verən hakim də Xəqani Məmmədov idi”.
Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli açıqlamasında bildirib ki, bu məsələnin hakim Xəqani Məmmədova heç bir aidiyyatı yoxdur: “Xəqani Məmmədovun bu işdə hər hansı marağı yoxdur. Əgər iddia olunduğu kimi hansısa marağı olsaydı, elə Ali Məhkəmədə həmin İran vətəndaşının əleyhinə qərar çıxarılardı. Amma Ali Məhkəmədə Xəqani Məmmədovun da tərkibdə olduğu işdə qərar İran vətəndaşının xeyrinə çıxarılıb. Onların əleyhinə qərarı isə Konstitusuya Məhkəməsi verib”.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
-
24 d. əvvəl
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
-
3 saat əvvəl
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb
Baku Electronics-də möhtəşəm “Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
Azərbaycan BOKT-u rebrendinq edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
Aprelin 10-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib

















