ABŞ pandemiyadan zərər çəkən aeroportlara 8 milyard dollar yardım ayıracaq
ABŞ-ın Federal Aviasiya İdarəsi koronavirus pandemiyasının nəticələrindən zərər çəkən ölkə aeroportlarının fəaliyyətinin bərpasına yardım məqsədilə qrantlar şəklində 8 milyard dollar ayıracaq.
Bu barədə Federal Aviasiya İdarəsinin saytında yerləşdirilən press-relizdə deyilir.
“Daha çox amerikalının vaksinasiyadan keçərək yenidən səyahətə başladıqları dövrdə qrantlar iş yerlərinin saxlanılmasına imkan verəcək və aviasiya sektorunun bərpasına dəstək olacaq”, - deyə ABŞ-ın Nəqliyyat naziri Pit Butticic bildirib.
Ayrılan vəsait əməkdaşların maaşlarının ödənilməsinə və tikinti layihələrinin həyata keçirilməsinə sərf ediləcək. Qrantlar, həmçinin terminallarda fəaliyyət göstərən pərakəndə kompaniyaların icarə haqlarının azaldılması üçün də istifadə edilə bilər. Maliyyə dəstəyi almaq üçün aeroport rəhbərliyi əməkdaşlarının pandemiyadan öncəki sayınin azı 90 faizi qədər işçi götürməlidir.
Maliyyələşmə ABŞ Prezidenti Cozef Baydenin təklif etdiyi pandemiya və onun nəticələri ilə qısamüddətli mübarizə tədbirləri üzrə 1,9 trilyon dollarlıq “American Rescue Plan” proqramı çərçivəsində təmin olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
51 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
52 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























