Bakıda Çin avtomobillərinin satış və servis mərkəzi açılıb
“Geely”nin Azərbaycandakı rəsmi distribütoru "Rich Motors" şirkəti yenicə təmirdən çıxmış satış və servis mərkəzini müştərilərin ixtiyarına verib. Mərkəz Babək prospekti, 35A ünvanında yerləşir.
Məlumata görə, brendin korporativ üslubuna cavab verən mərkəz, avtomobillərin satışı və texniki xidməti üzrə tam kompleks işləri həyata keçirir.
Hal-hazırda sərgi salonunda Coolray modeli təqdim olunub, yaxın günlərdə isə avtosevərlərin çoxdan gözlədiyi Atlas Pro təqdim olunacaq.
Bu ilin sonunadək Tugella, gələn il ərzində isə bu Çin istehsalçısının geniş model sırasının digər təmsilçilərini salonda görmək mümkün olacaq.
Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün geniş anbar mövcuddur.
“Geely” – Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış Geely Holding Group qlobal şirkətin brendidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























