Azərbaycan Rusiya və İrandan “Premium” benzin idxalını artırıb
Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 58 min 823 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 77% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində 40 milyon 99 min dollar (artım 2 dəfə) təşkil edib.
Eyni zamanda, hesabat dövründə 29 milyon 172 min dollar məbləğində 42 min 909 ton “Premium Euro-95” markalı benzin (bütün idxalın 72,9%-i) Rusiyadan idxal edilib (artım 33%).
Bundan başqa, hesabat dövründə Gürcüstandan 399,15 min dollar dəyərində 559,32 ton (2020-ci ilin yanvar-may aylarında idxal həyata keçirilməyib), İrandan 2 milyon 51 min dollar dəyərində 3 min 221,1 ton (miqdar ifadəsində artım 3,3 dəfə, dəyər ifadəsində artım 2,8 dəfə) “Premium Euro-95” markalı benzin, Rumıniyadan 8 milyon 476 min dollar dəyərində 12 min 134 ton benzin idxal edilib.
Bu ilin yanvar-may aylarında 968,51 min dollar dəyərində (azalma 1,9%) 1 min 217,09 ton (azalma 1,9%) “Super Euro-98” avtomobil benzini idxal edilib. İdxalın strukturunda 196,46 min dollar dəyərində 237,45 ton Belarus, 772,05 min dollar dəyərində 979,64 ton Rumıniyadan həyata keçirilib.
2020-ci ildə Azərbaycan 58 milyon 615 min dollar dəyərində 96 min 999 ton “Premium Euro-95” markalı benzin idxal edib. 34 milyon 470 min dollar dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana 2 milyon 97 min dollar dəyərində 2 min 654 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,4 manat təşkil edir.
Marja.az Telegramda: https://t.me/marjaaz
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 26 d. əvvəl
- 32 d. əvvəl
-
34 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
47 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək












.webp)










