Dövlət Neft Fondu builki gəlirlərini və xərclərini açıqladı - 44 MİLYARD DOLLARI AŞIB
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 milyard 886.1 milyon manat, büdcə xərcləri isə 4 milyard 708.7 milyon manat təşkil etmişdir.
Fonddan Marja-ya daxil olmuş məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 959.1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 milyard 175.0 milyon manat, bonus ödənişləri 768.6 milyon manat, tranzit gəlirləri 10.8 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 927 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 milyard 258.2 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 696.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1.4 milyon manat yönəldilmişdir. 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10.6 milyon manat təşkil etmişdir.
2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564.3 milyon ABŞ dolları) nisbətən 1.24% artaraq 44 milyard 104.9 milyon ABŞ dolları təşkil etmişdir.
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























