Gəlirləri 5 dəfə azalmış tikinti şirkətinə yeni baş direktor təyin edilir
1 sentyabr 2021-ci il tarixində “Continental Construction and İndustrial CO” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin yeni baş direktorunun seçilməsi.
3. “Continental Construction and İndustrial CO” ASC-nin dövlət qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi.
Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 nömrəli ünvanda keçiriləcək.
“Continental Construction and industrial Co” ASC tikinti fəaliyyətilə məşğul olur. Bir sıra dövlət qurumlarının binaları bu şirkət tərəfindən inşa edilib.
1 milyon 51 min manat cəmi aktivlərə malik olmuş “Continental Construction and İndustrial CO” şirkəti 2020-ci ildə 1 milyon 30 min manat əsas əməliyyat gəliri əldə edib. Şirkət 2019-cu ildə 5 milyon 150 min manat əməliyyat gəliri əldə etmişdi. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə şirkətin gəliri 5 dəfə azalıb. Ötən il şirkətin xalis mənfəəti 48 min manat təşkil edib (2019-da 23 min manat).
1998-ci ildən fəaliyyət göstərən şirkətin təşkilati-hüquqi formasının açıq səhmdar cəmiyyətindən (ASC) məhdud məsuliyyətli cəmiyyətə (MMC) dəyişdiriləcəyi elan edilmişdi.
453 min 280 manat nizamnamə kapitalına malik olan “Continental Construction and İndustrial CO” ASC-nin qanuni təmsilçisi Omarov Qorçu Cəlil oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




