BMW və Stellantis: çip böhranı bu il bitməyəcək
Hər iki istehsalçı mənfəət əldə etsə də, istehsalın azalmasından narahatdır.Almaniyanın avtomobil nəhəngi, BMW və Rolls Royce kimi brendlərin sahibi BMW Group və 2021-ci ildə Peugeot Group və Fiat Chrysler-in birləşməsindən yaranan, hazırda Jeep, Opel, Peugeot, Fiat, Dodge, Maserati, Alfa Romeo, Chrysler, Citroen, Lancia kimi 14 məşhur brendlə qlobal istehsalda dünya dördüncüsü olan Stellantis cari ilin 2-ci rübü və birinci yarısının nəticələrini təqdim edib.
Marja xəbər verir ki, hər iki iri istehsalçı ötən ilə nisbətən kifayət qədər böyük həcmli mənfəət əldə edib. BMW-nin 2021-ci ilin 2-ci rübündəki gəlirləri 43% artaraq 28,58 milyard avro (33,96 milyard dollar), xalis mənfəəti 4,79 milyard avro (5,69 milyard dollar) təşkil edib. Ötən ilin 2-ci rübündə gəlirlər 19,97 milyard avro olmuş, BMW rübü 212 milyon avro zərərlə başa vurmuşdu. Bütövlükdə bu ilin birinci yarısında mənfəət 7,62 milyard avro (9,05 milyard dollar) təşkil edib.
BMW aprel-iyun aylarında 702 min ədəddən çox avtomobil (o cümlədən 617 min 667 ədəd BMW, 83 min 165 ədəd MINI, 1609 ədəd Rolls Royce), 65 mindən çox motosikl satıb.
Stellantisin yanvar-iyun aylarındakı gəlirləri 72,61 milyard avro (86,28 milyard dollar), xalis mənfəəti isə 5,8 milyard avro (6,9 milyard dollar) olub. Ötən il bu rəqəmlər müvafiq olaraq 19,61 milyard avro və 797 milyon avro olmuşdu.
BMW bu ilin ikinci yarısının çip çatışmazlığına görə istehsal həcmi üçün daha çətin olacağını, Stellantis isə böhranın hələ gələn ilə də keçəcəyini, bu il məcburi azaldılan istehsal həcminin 1,4 milyon ədəd olacağını açıqlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







