"Avro/dollar məzənnəsi 1.1350-dək qalxacaq"
ABŞ-da baş vermiş siyasi böhran ilə əlaqədar olaraq Dollar ucuzlaşır, Avro bahalaşır. Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.1168 səviyyəsinə qalxıb. Təkcə bu gün Dollar Avro qarşısında təxminən 0,6% ucuzlaşıb.
Müstəqil treyder Sahib Qasımov “Marja”ya bildirdi ki, Avro/Dollar məzənnəsi 1.1350 səviyyəsinə qədər yüksələ bilər:
“Bundan əvvəl Avro/Dollar məzənnəsinin 1.10 səviyyəsini keçəcəyini demişdim. Bu gün deyirəm ki, məzənnə 1.13-1.1350 səviyyəsinədək qalxacaq. Çünki Dollar indeksi 98-dən aşağı düşüb. Adətən indeks bu səviyyədən aşağı düşdükdə Avro bahalaşır. Funt Sterlinqin də məzənnəsinin 1.30 olacağını gözləyirəm. Rusiya Rublu da gələn həftədən daha da güclənəcək. 25 Mayda Vyanada keçiriləcək OPEC toplantısından müsbət qərarın çıxacağı ehtimalı və vergi ödənişi dövrü Rublun güclənməsinə təkan verəcək. OPEC müqaviləni uzadacağı təqdirdə neftin barelinin qiyməti 55-58 dollar aralığına qalxacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)

