Ukrayna-Azərbaycan Biznes Assosiasiyası yaradılıb
Azərbaycanlı və ukraynalılar ilk dəfə birgə Assosiasiya yaradıblar.
Dövlət qurumları və sahibkarlar arasında əlaqənin yaradılması üçün vahid platforma rolunu oynayacaq yeni Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” adlanır.
Qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan “Терези” hüquq şirkətlərinin ümumi maraqlarının təmsil edilməsi və qorunması, Ukrayna və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına dəstəyin göstərilməsi, daxili iştirakçılar arasında qarşılıqlı əlaqənin yaradılması üçün tələb edilən şəraitin yaradılması məqsədilə yaradılıb.
Assosiasiyanın fəaliyyəti Ukrayna və Azərbaycan arasında ixrac-idxal əlaqələrinin qurulması, hər iki ölkənin bazarlarına çıxışın əldə edilməsində dəstək, o cümlədən investisiya fəaliyyətinin dəstəklənməsinə yönəldilib. Ukrayna-Azərbaycan Biznes Assosiasiyası dövlət qurumları ilə münasibətlərdə Assosiasiya üzvlərinin maraqlarının təmsil edilməsi və qorunması, Assosiasiya üzvlərinə məlumat xarakterli, hüquqi, təşkilati və digər dəstəyin göstərilməsi, üzvlərin iqtisadi fəaliyyət sahələrinə aid normativ hüquqi aktların işlənib hazırlanması prosesində iştirakı və birgə layihələrin həyata keçirilməsi üçün hərəkətlərin əlaqələndirilməsi üzrə öhdəlikləri də öz üzərinə götürür.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Assosiasiyanın təsisçiləri iki hüquq şirkətidir. Seçkilər nəticəsində Cəlal Hüseynov Assosiasiyanın prezidenti seçilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























