Azərbaycanın faktorinq şirkətinin xalis mənfəəti 6 dəfə artıb
Azərbaycanın aparıcı faktorinq şirkəti – “Ferrum Kapital” QSC 2020-ci ili 2 milyon 668 min manat xalis mənfəətlə başa vurub.
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 5,9 dəfə çoxdur.
Ötən il “Ferrum Kapital”ın faiz gəlirləri 7 milyon 163 min manat (əvvəlki illə müqayisədə 85,7% çox), faiz xərcləri 2 milyon 135 min manat (58,15% çox), digər gəlirləri 93 min manat (təxminən 10 dəfə çox), ümumi və inzibati xərcləri 2,07 milyon manat (2,6 dəfə çox), banklara ödədiyi xidmət haqqı 38 min manat (2 dəfə az), məzənnə fərqindən zərəri 28 min manat (1 il bundan əvvəl gəlir olub), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 210 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 526 min manat (4,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 32 milyon 851 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2% azalaraq 20 milyon 825 min manata düşüb, balans kapitalı isə 14,9% artaraq 12 milyon 26 min manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 2 min manata çatıb.
Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə, 23%-i Məhəmməd Həbibzadəyə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, 4,5%-i isə “Vesta İnvestment” QSC-yə məxsusdur. 1-ci və 2-ci səhmdar 3-cü və 4-cü səhmdarların müvafiq olaraq təsisçiləridir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























