Aqrar sığorta 60 rayonda - 10 MİNƏ YAXIN HEYVAN SIĞORTALANIB
Azərbaycanda 2020-ci ilin sonundan tətbiqinə başlanılmış dövlət dəstəkli aqrar sığorta artıq ölkənin əksər ərazilərini əhatə edib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, indiyədək Azərbaycanın 60 rayonunda əkin sahələri və südlük inək-camışlar sığortalanıb.
Kənd təsərrüfatı heyvanlarının sığortası 60-dan artıq rayonu əhatə edib. Bu işlər çərçivəsində ölkə fermerləri tərəfindən istifadə edilən “Braun-Şivis”, “Holştin-friz”, “Jersey”, “Simmental” və yerli cinsli inək-camışlar sığortalanıb. Sığortalanan heyvanların sayı 9,6 minə yaxınlaşıb. Ən çox sığortalanan heyvanlar yerli cinslərdir.
Bundan başqa, indiyədək aqrar sığorta çərçivəsində 15 min hektara yaxın əkin sahəsi sığortalanıb. Sığortalanan əkin sahələri ölkənin 22 rayonunda yerləşir. Ən çox sığortalanan bitkilər – pambıq, buğda, arpa və üzümdür. Əkin sahələrini və heyvanlarını sığorta edənlər arasında həm iri təsərrüfatlar, həm də kiçik sahibkarlar var.
Paralel olaraq aqrar sığorta çərçivəsində sığorta hadisələri və ödənişlərin də həcmi artmaqdadır. Azərbaycanda ilk aqrar sığorta ödənişinin həyata keçirildiyi 29 iyun tarixindən indiyədək heyvandarlıq sahəsində 30-dək sığorta hadisəsi baş verib və ödənişlər həyata keçirilməkdədir.Aqrar sığorta qaydalarına əsasən, hadisə baş verdikdə, bütün sənədlər təqdim edildikdən sonra 7 gün ərzində sığorta ödənişi sahibkarın hesabına köçürülür.
Aqrar sığorta mexanizmi kənd təsərrüfatı sahəsində çalışanların və investorların risklərdən qorunması, aqrar sektorun təhlükəsiz biznes sahəsinə çevrilməsi və davamlı inkişafı üçün tətbiq edilib. Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında Azərbaycanda tətbiq edilmiş aqrar sığorta çərçivəsində 14 növ bitki və südlük inək-camışlar sığortalanır. Qarşıdakı aylarda aqrar sığortanın əhatə etdiyi məhsulların sırası daha da genişləndiriləcək. Sığortalanan bitkilərin sayının indiki 14-dən 40-dək artırılması, eləcə də südlük inək-camışlarla yanaşı, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI





















