"Hökumətin tərkibinə “Taliban” üzvü olmayanlar da daxil ediləcək"
Əfqanıstanın yeni hökumətinin tərkibinə “Taliban” üzvü olmayanlar da daxil ediləcək.
Bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Süheyl Şahin “CNN” telekanalına bildirib.
“Əfqanıstan inklüziv islam hökuməti dedikdə digər əfqanların da hökumətin bir hissəsi olacağını nəzərdə tuturuq”, - deyə Şahin qeyd edib.
Onun sözlərinə görə, əvvəlki hökumətdən hansı məmurların yeni hökumətə daxil ediləcəyi barədə danışmaq hələ tezdir. Şahin bildirib ki, “Taliban” bəzi “tanınmış simaların” da hakimiyyətdə qalmasını istəyir.
“Taliban”ın siyasi ofisinin nümayəndəsi, həmçinin əlavə edib ki, silahlarını yerə qoyaraq hərəkata qoşulan bütün hərbi qulluqçular və polis əməkdaşları bağışlanacaq və onların təhlükəsizlikləri təmin ediləcək.
Qeyd edək ki, “Taliban” silahlıları Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdikdən bir neçə saat sonra prezident sarayına daxil olublar. “Al Jazeera” telekanalı hərəkat üzvlərinin sarayda görüntülərini yayıb. Onlarla silahlı ilə əhatə olunmuş hərəkat rəhbərliyi ölkə başçısının kürsüsündən mediaya müraciət edib.
Həmçinin oxu
Taliban: Bu qədər tez və asan olacağını gözləmirdikMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)






