Mənzil alan 18 min xarici Türkiyə vətəndaşı olub
Türkiyədə 2017-ci ildən bu yana xaricilər daşınmaz əmlak alışı ilə vətəndaşlıq əldə edə bilirlər.
Marja "Nevita"nın hesabatına istinadən xəbər verir ki, vətəndaşlıq proqramının başladığı 2017-ci ilin İyun ayından 2021-ci ilin iyun ayınadək olan dövrdə cəmi 122 ölkədən 17 min 968 xarici Türkiyənin 48 şəhərindən daşınmaz əldə edərək vətəndaşlıq almağa haqq qazanıb.
Hesabata görə, 2017- 2018-i əhatə edən 2 ildə vətəndaşlıq üçün 1 milyon dollarlıq daşınmaz əmlak alışı şərti vardı və bu iki ildə cəmi 70 nəfər vətəndaşlıq alıb. 2019 və 2020-ci illərdə isə təxminən 7500 nəfər daşınmaz əmlak alaraq vətəndaşlıq hüququ qazanıb. Yalnız 2021-nin ilk altı ayında isə 10 min nəfər vətəndaşlıq hüququ əldə edib.
Ən çox vətəndaşlıq əldə edən İran, Əfqanıstan, İraq, Yəmən, Çin, Fələstin, İordaniya, Livan, Misir və Pakistan vətəndaşlarıdır. Xüsusilə Çinin son 1,5 ildə vətəndaşlıq proqramına maraq göstərdiyi, qısa müddətdə ilk 5-ə girə bildiyi hesabatda vurğulanıb.
2021-ci ilin İyul ayında xaricilərə mənzil satışlar ötən ilin ilin eyni ayı ilə müqayisədə 64% artaraq 4 min 495 olub.
Hazırda Türkiyə, 250 min dollarlıq daşınmaz əmlak alan xaricilərə vətəndaşlıq verməkdədir. Vətəndaşlıq proqramına görə, xaricilər Türkiyədə istədiyi yerdən daşınmaz əmlak almaq şansına sahibdirlər və 4-6 ay ərzində Türkiyə vətəndaşı olmaqdadırlar.
Həmçinin oxu
Azərbaycanlılar 7 ayda bu ölkədə 720 mənzil alıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















