Yeni Talibanın necə olacağı açıqlandı
Əfqanıstanda hakimiyyəti ələ keçərən Taliban ilk dəfə mətbuat konfransı keçirib. Talibanın sözcüsü qadınların islami qaydalar çərçivəsində azad olacağını söyləyib. Beynəlxalq nümayəndəliklərə zərər verməyəcəklərini qeyd edən Taliban sözcüsü, "Hər hansı bir başqa millətdən kimsəyə zərər verilməyəcək" deyib.Taliban, ilk mətbuat konfransını təşkil edib.
Marja xəbər verir ki, Talibanın sözcüsü Zabihullah Mucahid, "ABŞ da daxil olmaq üzrə beynəlxalq nümayəndəliklərə zərər verməyəcəyik" deyib.
Talibanın sözcüsü, "Bizə qarşı illərdir döyüşən əsgərlərin hamısı bağışlanıb. Hər hansı bir başqa millətdən kimsəyə zərər verilməyəcək. Havalimanında gözləyənlər evlərinə qayıtsalar kimsə onlara zərər verməyəcək" deyib.
Taliban sözcüsü, qadınların da həyatın bir çox sahəsində islami şəriət qaydaları çərçivəsində azad ola biləcəyini, təhsillərinə davam edə biləcəklərini deyib
Əfqanıstanın bundan sonra bir terror ölkəsi olmayacağını vurğulayıb. Əfqanıstan torpaqlarının heç kimə qarşı istifadə edilməyəcəyinin zəmanətini verib.
Əfqanıstanın narkotikdən təmizlənilmiş bir ölkə olacağını qeyd edən sözcü deyib:
“Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək... Artıq heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək... Bundan sonra Əfqanıstan narkotikdən azad bir dövlət olacaq”.
“Taliban” nümayəndəsi deyib ki, bu məqsədə çatmaq üçün ölkə sakinlərinə başqa məhsul yetişdirmək imkanı qazandırmaq üçün beynəlxalq yardıma ehtiyac duyulacaq.
Mucahid, ölkənin təbii qaynaqlarının Əfqanıstanın yenidən inşaası və inkişafı üçün istifadə ediləcəyini söyləyib və hər kəslə yaxşı əlaqələr qurmaq istədiklərini, iqtisadiyyatı canlandırmağı və ölkədəki rifahı artırmağı hədəflədiklərini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)





