“Embafinans”ın istiqrazları 26 avqustda ticarətə buraxılacaq- 10 % GƏLİR TƏKLİF OLUNUR
Bank olmayan kredit təşkilatı “Embafinans” QSC istiqraz yerləşdirmək yolu ilə 4 milyon manat cəlb etməyi planlaşdırır.
Marja xəbər verir ki, QSC hər birinin nominal dəyəri 1 min manat olan 4 min ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqraz buraxıb. İstiqrazlar üzrə illik faiz dərəcəsi 10% müəyyən edilib. Kupon faizləri ildə bir dəfə ödəniləcəkdir.
17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. . 26 avqust 2021-ci il tarixində isə “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
























