Azərbaycanın dövlət şirkəti İslam Korporasiyası ilə anlaşdı - SUKUK BURAXILA BİLƏR
“AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanları araşdırılacaqSentyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında Anlaşma Memorandumu imzalanıb.
"AzerGold"dan Marja-ya daxil olmuş məlumatra görə, Memorandumu İCD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.
Anlaşma Memorandumun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 faiz dövlətə məxsus olan “AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini “AzerGold” QSC ilə imzalanan Memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.
Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda “AzerGold”un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.
Məlumat üçün bildirək ki, çoxtərəfli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
52 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























