Azərbaycanda memarlıq-şəhərsalma müsabiqəsi elan edildi - 8000 DOLLAR MÜKAFAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Memarlar İttifaqı, eləcə də Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə, “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilib.
Bu barədə Marja-ya Komitədən bildirilib.
Məlumata görə, müsabiqənin məqsədi "2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı" çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etməkdir.
Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:
Şəhərsalma üzrə nominasiya: “500 ailə üçün nümunəvi kənd yaşayıq məntəqəsinin planlaşdırma layihəsi”
Memarlıq nominasiyası: “Çoxfunksiyalı təyinata malik müasir təhsil və sosial mərkəzin layihəsi”.
Müsabiqənin obyekti şərti olaraq boş (tikilməmiş), inkişaf üçün potensialı olan 200 hektarlıq dağətəyi, düzənlik ərazidir. Müraciət edilən zaman yaşı 35-ə qədər olan (35 yaş da daxil olmaqla) MDB ölkələrinin gənc memarları və ixtisaslaşmış universitetlərinin tələbələri iştirak hüququna malikdir.
Müsabiqədə həm fərdi, həm də qrup şəklində (5 nəfərə qədər) iştirak mümkündür. Komanda heyətinin fənlərarası tərkibinin olması, onların daxilində sosioloqların, iqtisadçıların, nəqliyyat mütəxəssislərinin və s. iştirakı müsbət qarşılanır, lakin zəruri şərt deyil.
Müsabiqədə iştirak ödənişsizdir.
Müsabiqənin mükafat fondu: İki nominasiya üzrə yarışmanın ümumi mükafat fondu 40.000 ABŞ dolları təşkil edir. Qaliblər hər bir nominasiya üzrə aşağıdakı qaydada pul mükafatları alacaqlar:
1-ci yer: 8 000 ABŞ dolları;
2-ci yer: 6 000 ABŞ dolları;
3-cü yer: 4 000 ABŞ dolları;
Həvəsləndirici mükafat: 2 000 ABŞ dolları.
Müsabiqədə iştirak üçün müraciətlər bu ayın sonuna qədər qəbul olunur. Layihələr isə oktyabrın 2-nə qədər təqdim olunmalıdır. Müsabiqə layihələrinin ekspertizası, müzakirəsi və rəylərin hazırlanması son tarix isə 25 oktyabr 2021-ci ildir.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat forması 01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] e-poçt ünvanına göndərilməlidir.
İştirakçıların müsabiqə layihələri təşkilatçının ünvanına poçtla (Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 65) və ya şəxsən çatdırıla, eləcə də [email protected] e-poçt ünvanına göndərilməklə bu barədə təşkilatçıya teleqram və ya digər mövcud əlaqə vasitələri ilə məlumat verilə bilər. Məlumat məktubunda iştirakçının qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməlidir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 10 d. əvvəl
-
- 18 d. əvvəl
- 48 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub





.jpg)










.jpg)



