Dövlət Vergi Xidmətinə daha çox vergi yığmaq tapşırılır – 2 MİLYARD MANATA YAXIN ARTIRILIR
2022-ci ilin dövlət büdcəsində Dövlət Vergi Xidməti üçün proqnoz tapşırığı 1 milyard 888 milyon manat artırılır.
Marja.az, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir ki, 2022-ci il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə 9 milyard 138 milyon manat gəlir proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsində Dövlət Vergi Xidməti üçün proqnoz tapşırıq 7 milyard 250 milyon manatdır. Beləliklə, vergi orqanı üçün plan 1 milyard 888 milyon manat artırılır.
2024-DƏN BÜDCƏ ÜÇÜN 10 MİLYARD AMANTDAN ÇOX VERGİ YIĞILMALIDIR
Növbəti illərdə də Dövlət Vergi Xidməti üçün proqnoz tapşırığının artırılması hədəflənir. Belə ki, Dövlət Vergi Xidmətinin xəttilə 2023-cü ilin büdcəsinə 9 milyard 611,1 milyon manat, 2024-cü ilin büdcəsinə 10 milyard 127,9 milyon manat, 2025-ci ilin dövlət büdcəsinə isə 10 milyard 681,4 milyon manat daxil olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 milyard 387,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza (7 milyard 190 milyon manat) nisbətən 197,2 milyon manat və yaxud 2,7% çoxdur.
VERGİ VƏ GÖMRÜK GÜƏŞTLƏRİNƏ YENİDƏN BAXILACAQ
Maliyyə Nazirliyi açıqlamasında qeyd edilib ki, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq güzəştlərə yenidən baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
42 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
























