“Qara qızıl” ucuzlaşmağa davam edir
Meksika körfəzində hasilatın azalması da kömək etməyib...Dünya bazarlarında neft qiymətləri son günlərdə ardıcıl olaraq azalır.
Marja xəbər verir ki, ötən cümə günü 33 sent dəyərdən düşən Brent markalı neftin qiyməti yeni iş həftəsinin ilk saatlarında əlavə 0,6% ucuzlaşaraq, 1 barelə görə 74,86 dollar təşkil edib. Qərbi Texas (WTI) neftinin bir bareli isə 71,42 dollara təklif olunur (0,8%, yaxud 55 sent ucuzlaşma).
Neftin ucuzlaşması ABŞ dollarının digər aparıcı valyutalar qarşısında son üç həftədə dəyər qazanması və ABŞ-da aktiv neft buruqlarının sayının artması fonunda baş verir. Baker Hughes-ın məlumatına görə, hazırda aktiv neft quyularının sayı 9 ədəd artaraq, 512-yə çatıb ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.
Bununla belə, ABŞ-da hasilat səviyyəsi azalıb. Cümə günü Meksika körfəzində hasilat 23%, yaxud günə 422 min barel daha az olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)






.jpg)







