Azərbaycanda sığorta ödənişlərinin 88%-i 5 şirkətin payına düşür
Azərbaycanda sığorta haqlarının 77%-i 5 şirkətin payına düşürBu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 580 milyon 597 min manat sığorta haqqının 448 milyon 670 min manatı və yaxud 77,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (212 milyon 689 min manat), "PAŞA Sığorta" (127 milyon 406 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49 milyon 442 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (31 milyon 272 min manat) və “Qala Sığorta” (27 milyon 861 min manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (306 min manat), eləcə də "Naxçıvan Sığorta" (1 milyon 563 min manat), “Bakı Sığorta” (3 milyon 455 min manat), “Xalq Həyat Sığorta” (3 milyon 554 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (3 milyon 612 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 12 milyon 490 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 119 milyon 437 min manat (20,6%) təşkil edib.
Sığorta ödənişlərinin 88%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 339 milyon 866 min manat sığorta ödənişinin 299 milyon 213 min manatı və yaxud 88%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (169 milyon 286 min manat) və “PAŞA Sığorta” (49 milyon 493 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44 milyon 588 min manat), eləcə də "Atəşgah Həyat Sığorta" (21 milyon 861 min manat) və “Xalq Sığorta” (13 milyon 985 min manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (29 min manat), “Xalq Həyat Sığorta” (88 min manat), “Naxçıvan Sığorta” (233 min manat) və “Bakı Sığorta” (579 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 929 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 39 milyon 724 min manat (11,7%) təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
7 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








