Bütün qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər.
Bu barədə Marja Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilib ki, müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.
COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.
Həmçinin oxu
Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıdıİşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin Siyahısı genişləndirilib.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərara edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyətində çalışan işçilərdən də COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikat tələb olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək
-
2 d. əvvəl
Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək
-
29 d. əvvəl
"Bakı Metropoliteni"nin zərəri kəskin artıb, yığılmış zərəri 3,1 milyard manatı keçib
-
50 d. əvvəl
Qızıl və gümüşün qiymətində yeni tarixi rekord: Qiymət 4 min 400 dolları da keçdi
-
1 saat əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
1 saat əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
2 saat əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"











.jpg)






.jpg)

