Azərbaycan startapı beynəlxalq şirkətlər ilə müqavilələr imzaladı
İstanbulun Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı ölkəmiz üçün əhəmiyyətli nailiyyətlərlə başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görı, Azərbaycanın 10 startap və texnologiya şirkətinin iştirak etdiyi, həmçinin texnoloji məhsul və həllərin nümayiş olunduğu Milli Pavilyonu sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub. Tədbir ərzində Azərbaycan Pavilyonu 40 mindən çox iştirakçı tərəfindən ziyarət edilib.
Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edən startaplarımız arasında uğura imza atanlar olub.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin rezident startaplarından biri investorların diqqətini cəlb edib. Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu – “Zərbə” startapı simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb. Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Pavilyonunun layihə meneceri, “Viasteller” startapının rəhbəri Mübariz Abdullayev isə kiçik peyklərin dizaynı və yığılması ilə bağlı tələbələrə təlimlər keçmək üçün İstanbul Texniki Universiteti və Zonquldak Bülent Ecevit Universitetindən dəvət alıb.
Tədbir, həmçinin digər startaplar üçün beynəlxalq şirkətlərlə tanışlıq və əməkdaşlığın qurulması baxımından faydalı keçib.
Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























