Cəbrayıl şəhərinin inkişaf planı açıqlanıb
Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərinin inkişaf sxemini təqdim edib.
Marja xəbər verir ki, sxem Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə təqdim olunub.
Anar Quliyev: İndi isə icazənizlə şəhərin inkişaf sxemini təqdim etmək istərdim. Tünd rənglə şəhərin işğala qədər məskunlaşma ərazisi göstərilib – 335 hektar təşkil edirdi.
Prezident İlham Əliyev: 335 hektar?
Anar Quliyev: Bəli.
Prezident İlham Əliyev: Şuşadan bir qədər böyük.
Anar Quliyev: İnzibati sərhəd bir qədər böyük, amma məskunlaşma ərazisi 335 hektar idi. Yeni inkişaf etdiriləcək ərazilər sarı rənglə qeyd olunub.
Prezident İlham Əliyev: Bunlar kəndlərdir?
Anar Quliyev: Bəli, 3 kənd - Şahvələdli, Qurbancəfər və Xubyarlı kəndləri şəhərə o dövrdə də inteqrasiya olunmuş, birləşmiş kəndlərdir. Cənab Prezident, baş planın konseptual əsasları – deməli, bu məkan yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah üçündür.
Prezident İlham Əliyev: Şəhərin xəritəsində nəyin harada yerləşəcəyi ilə bağlı bölgü aparılıb?
Anar Quliyev: Bəli, sağ tərəfdə simvolik olaraq şəhərin iş, məşğulluq yerlərinin, yuxarı tərəfdə sənaye aqroparkının təşkili planlaşdırılır və rayonun ərazisində nisbətən kiçik bir azad sənaye zonası da olacaq. Burada şəhərin zonalaşdırılması təqdim olunur. Şəhərin mərkəzi bu bir nömrəli zonadır, yaşayış, inzibati və mədəniyyət binalarının əsasən yerləşdiyi ictimai işgüzar zonalar olacaqdır. Artıq mərkəzin qərbi 2 nömrəli zona, ondan sonra 3, 4, 5. Mərkəzdən kənara getdikcə yaşayış zonaları nisbətən seyrəkləşəcək, sıxlıq azalacaq. Bu gün Siz təməlini qoyduğunuz binalar.
Cənab Prezident, qeyd etdiyim aqropark şəhərin bu hissəsində yerləşəcək, 50 hektarlıq ərazi nəzərdə tutulur. Kiçik 20 hektarlıq sənaye zonası isə cənub hissədə.
Prezident İlham Əliyev: Burada kifayət qədər iş yerləri olacaq. Çünki 200 hektarlıq “Araz Vadisi Sənaye Parkına artıq təkliflər verilir. Biri də ki, şəhərin kənarında.
Anar Quliyev: Bəzi zonalar, məsələn, 17-ci zona perspektiv zona kimi saxlanılır, növbəti mərhələdə işlənəcək. Bəzi hissələr çox maraqlı, 9-cu, 10-cu zona kimi çox gözəl mənzərəyə malik olacaqdır. Çünki şəhərin relyefi elədir ki, təpələr üzərində yerləşir və yaşıllaşdırmaya böyük əhəmiyyət verilib. Yaşıl rəngdə gördüyümüz bütün ərazilər ümumilikdə 150-152 hektar təşkil edir. Bunların təxminən yarısı xüsusi meşə zolaqları salınacaq ərazilərdir. Amma şəhər boyu ilk baxışda parkın olmadığı təəssüratı yarana bilər. Amma biz bütün şəhəri park kimi düşünürük, çox geniş yaşıl zolaqlar salınacaq.
Prezident İlham Əliyev: İnanıram ki, çox yaxın gələcəkdə burada Türkiyə-Azərbaycan Dostluq Parkı da salınacaq. O harada yerləşəcək?
Anar Quliyev: Cənab Prezident, bu hissədədir, yuxarı hissədə. Həmin o Dostluq bulağı dördyoldadır və bu yolun üstündədir.
Əsas sosial obyektlərin yerləşəcəyi nöqtələr, məsələn, bu gün təməli qoyulan bina, məktəb buradadır. Cəmi üç məktəb olacaq, tünd göy rəngdə məktəblərin əhatə dairələri göstərilib. Elə yerləşmə nəzərdə tutulur ki, bütün hər kəs piyada rahat hərəkət edə bilsin.
Prezident İlham Əliyev: Sovet vaxtında da burada 3 məktəb var idi?
Sakin: Bəli, internatla bir yerdə 3 məktəb.
Anar Quliyev: Burada digər rənglərlə məktəbəqədər təhsil müəssisələri, açıq mavi rənglə daha çox sayda olacaq səhiyyə müəssisələri və sair göstərilir.
Bu üç əsas yol üzrə ictimai nəqliyyatın hərəkəti planlaşdırılır. Məşğulluq haqqında bir az daha detallı məlumat burada təqdim olunub. Aqropark, ümumiyyətlə, aqroparkın nümunələri verilib. Aqropark istehsal, emal, elmi-tədqiqat, avtoxidmət və ticarət üçün nəzərdə tutulub. Bunun çox böyük faydaları da var. Ölkə ərazisində artıq aqroparklar yaradılır.
Prezident İlham Əliyev: İlk növbədə, məşğulluq üçün gərək planlı şəkildə iş görək, camaat buraya qayıdandan sonra iş də olsun. Bir nəfər də işsiz olmamalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
13 saat əvvəl
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir - ŞƏRTLƏR
-
13 saat əvvəl
Azərbaycan Dövlət Neft Fondu 200 ton qızılının 22 tona yaxınını satıb
-
13 saat əvvəl
İri bankın 10 milyon manatlıq istiqrazları ticarətə buraxılır - İLLİK 10% və 9% GƏLİR TƏKLİFLƏRİ
- 13 saat əvvəl
-
14 saat əvvəl
"SOCAR Georgia Petroleum": Gürcüstan dəmir yolu infrastrukturunu genişləndirməlidir
-
14 saat əvvəl
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir - ŞƏRTLƏR
İri bankın 10 milyon manatlıq istiqrazları ticarətə buraxılır - İLLİK 10% və 9% GƏLİR TƏKLİFLƏRİ
"SOCAR Georgia Petroleum": Gürcüstan dəmir yolu infrastrukturunu genişləndirməlidir
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Ən çox oxunanlar
Trampdan “vurub məhv edin” əmri
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Geosiyasi gərginliklər Azərbaycan fondunu da "vurub" - Aktivləri fevral və martda 6 milyard dollar "əriyib"
Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma





.jpg)
.jpg)







.jpg)




