"2001 yoxlama aparıb, 2 milyondan çox cərimə tətbiq etmişik"
"Son 9 ay ərzində AQTA tərəfindən ümumilikdə 2001 yoxlama aparılıb. Yoxlamalardan 1396-sı planlı, 605-i plandankənar yoxlamalardır".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4400 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib:
"İnzibati tənbehvermə haqqında qərarlar əsasında 2 milyon 110 min 900 AZN məbləğində cərimə tətbiq edilib: "213 müəssisədə “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38-i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub".
Q.Təhməzli bildirib ki, 2021-ci ilin 9 ayı ərzində Agentlik tərəfindən 50 147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39 243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib: "
Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində məhv edilmiş məhsulların siyahısına 206 ton ət və ət məhsulları, 28 ton balıq məhsulları, 665 ton və 13,748 dkl süd və süd məhsulları, 5,018 ədəd yumurta, 615 dkl alkoqollu və 18,045 dkl alkoqolsuz içkilər, 123 ton və 36 dkl tamlı məhsullar qrupuna aid digər məhsullar, 240 ton şəkər, bal və şəkərli qənnadı məmulatları, 32 ton un və un məmulatları, 60 ton və 37 dkl mayonez və yağ məhsulları, 22 ton dənli-paxlalı bitkilərdən məhsullar, 317 ton meyvə və tərəvəz məhsulları, 6 ton, 2 dkl və 74,961 ədəd qida əlavələri, 8 ton kulinariya məmulatları, 20 baş iribuynuzlu və xırdabuynuzlu heyvan, 3 ton və 41 dkl baytarlıq preparatları, 949 kq taxıl, 106 ton meyvə və tərəvəz, 109 ədəd üzüm tingi daxildir. Bununla yanaşı, 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib".
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
4 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)





