Azərbaycana investisiya qoyuluşu 9% azalıb
Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8 faiz azalıb.2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 6 milyard 407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


