Azərbaycan gələn il dövlət borclanmasından daha aktiv istifadə edəcək
Ortamuddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarliğının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dovlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Qeyd edilir ki, 2022- ci ildə xarici borc uzrə əsas borc ödənişlərinin bir qisminin istiqrazları yeni cəlb ediləcək borc vəsaitləri hesabına yenidən maliyyələşdirilməsi və sərbəstləşən vəsaitin prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
"Bununla belə, qeyd olunan dövr ərzində borclanmalar həyata keçirilərkən dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə ve aşağı risklərlə qarşılanması və dövlətin qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi kimi strateji məqsədlər gözlənilməlidir", - qanunda bildirilir.
Qeyd edək ki, Azərbaycan 2022-ci il üçün dövlət borcunun (daxili və xarici) xidmətlərinə xərclərin yuxarı həddini 1 milyard 792 milyon manat səviyyəsində müəyyən edib. Daxili dövlət borcu üzrə bu hədd 232 milyon manat səviyyəsində, xarici dövlət borcu üzrə isə sözügedən hədd 1 milyard 560 milyon manat səviyyəsində müəyyən edilib.
2021-ci ilin doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 milyard 513,5 milyon manat yönəlib.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8 milyard 603 milyon ABŞ dolları (14 milyard 626 milyon manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







