Azərbaycanda da nümayindəliyi yerləşən holdinqinin mənfəəti 8,5 dəfə artıb
33 yaşlı milyarder Timur Turlovun qurucusu olduğu Freedom Holding Corp.(FRHC) rüblük hesabatı açıqlayıb.
Hesabata görə, 30 sentyabr 2021 və 2020-ci il tarixində rüb ərzində, holdinqin gəlirləri müvafiq olaraq 313 milyon ABŞ dollar və 70 milyon ABŞ dollar təşkil edib. 243 milyon ABŞ dollar və ya 349% -ə qədər gəlir artımı əsasən qiymətli kağızlar üzrə əməliyyatlardan 2011% və ya 167 milyon ABŞ dollar, (8 milyon ABŞ dollardan 175 milyon ABŞ dollar) qədər olan gəlirlərin artması səbəbindən baş verib.
Bundan əlavə komissiya gəlirləri 115% və ya 62 milyon ABŞ dollar, (54 milyon ABŞ dollara qədər 116 milyon ABŞ dollara qədər) artıb. Holdinqin rəhbərliyi hesab edir ki, gəlirlərin bu qədər artmasına səbəb qiymətli kağızlar ilə ticarət,onların yenidən qiymətləndirilməsi əsasında baş verib. "Bu bir dəfəlik əməliyyatdır" - hesabatda qeyd etdilib.
Holdinqin mənfəəti 8.5 dəfə artaraq, müvafiq olaraq ikinçi rüb üzrə 24 milyondan ABŞ dollardan 205 milyon ABŞ dollaradək artıb. Səhm başına düşən gəlir, 3.04 ABŞ dollar dan 3.45 ABŞ dollara yüksəlib.
Bununla yanaşı holdinqin xərcləri 85%(+35 milyon ABŞ dollara) atıb, müvafıq olaraq əməliyyat xərcləri-21 milyon ABŞ dollar, faiz -11$ milyon ABŞ dollar, komissiya-3$ milyon ABŞ dollar artıb. Xərclərin artmasının əsas səbəbi bizness fəaliyyətinin genişlənməsi ilə əlagədərdir.
“2022-ci fiskal maliyyə ilinin yarısı bütün qrup şirkətləri üçün dinamik və məhsuldar keçdi. İkinci rüb üçün əsas maliyyə göstəricilərimiz birinci rüblə müqayisədə bir neçə dəfə artım göstərdi. Yeni bazarların genişləndirilməsi planını həyata keçirməyə və xidmət çeşidini genişləndirməyə davam edirik. Beləliklə, Freedom Finance Ltd. Holdinq şirkəti EuroClear Bank Üzvülük Komissiyasından birbaşa üzv olmaq üçün ərizənin təsdiqini aldı və bu etibarlılığın bir başa zəmanətidir.” – Timur Turlov qeyd edib.
Holdinq 2021-ci ilin fervral ayda 152 min ABŞ dollar nizamnamə kapitalı ilə "Freedom Finance Azerbaijan" MMC təsis edib. Azərbaycan nümayindəliyi 9 nəfər əməkdaşı ilə fond bazarları haqqında intensiv təlimlər təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
8 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)













