İnflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyi gözlənilir
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin yekunları üzrə birrəqəmli səviyyədə inflyasiyanı real hesab edir.
“Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, digər beynəlxalq təşilatlardan Azərbaycanda birrəqəmli inflyasiyaya dair müxtəlif müsbət proqnozlar var. Biz öz hesablamalarımızı aparırıq. Əsas məqsədlərimizdən biri, 2017-ci ilin yekunları üzrə birrəqəmli inflyasiyaya nail olmaqdır”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
AMB-nin sədri inflyasiyaya təsir edən müxtəlif amillərin olduğunu qeyd edib. “İnflyasiya yalnız monetar xarakter daşımır, dünyada qiymətlərin təsiri və bir sıra digər amillər var. Bütün bu amilləri düzgün idarə etmək lazımdır. Bütövlükdə, biz bu “benchmark”ı (birrəqəmli səviyyəyə qədər azalma - İF) real hesab edirik”, - deyə E.Rüstəmov əlavə edib.
2017-ci il yanvar-aprel aylarının yeklunları üzrə Azərbaycanda orta illik inflyasiya 13,5% təşkil edib.
UÇOT DƏRƏCƏSİNİN MÜZAKİRƏSİ PROQNOZLAŞDIRILIR
Azərbaycanm Mərkəzi Bankı (AMB) iyunun ortalarında uçot dərəcəsinin təkrar baxılması məsələsinin müzakirəsini planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“May ayında keçirilən monitorinqin nəticlərinə görə, inflyasiyanın azalması trendi davam edir. Bu vəziyyətdə uçot dərəcəsinin yüngülləşdirilməsi, təkrar baxılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin komitəsinin iclasında gündəlikdə duran əsas məsələ olacaq”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
O, inflyasiya ilə bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib.
“Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləridir. İnflyasiyanın dinamikasını izləyirik və burada müsbət proseslərin şahidi oluruq. 2017-ci ilin 4 ayı ərzində inflyasiya ötən ilin analoji dövrünə olan göstəricidən aşağı olub”, - deyə E.Rüstəmov əlavə edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)


