Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda!
Azercell görkəmli şairin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq(®) Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edir.
Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün Azercell Nizami əsərlərinin ən sevilən nümunələrini rəqəmsal mütaliə vasitələrilə təbliğ etmək təşəbbüsü ilə çıxış edir. Beləliklə, Azercell-in dəstəyilə Nizaminin 40-dan çox seçilmiş fəlsəfi və lirik məzmunlu müxtəlif ölçülü əsərləri Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının "Audiobook" bölməsinə yerləşdiriləcək. Audio faylların hazırlanmasında digər bir özəl xüsusiyyət onların orijinal fon musiqiləri ilə təqdim olunmasındadır. Ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilə dil daşıyıcıları tərəfindən səsləndiriləcək poeziya nümunələri daha təsirli və xalqımızın mədəni irsi baxımından daha mütəşəkkil ifadə olunacaq.
Azercell tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə komiks janrında şəkillərin çəkilməsi və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis dillərində adaptə ediləcək.
Xatırladaq ki, Nizami Gəncəvinin əsərlərindən öncə Azercell rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şair və filosofun seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq Bookmate tətbiqinə yükləmişdir.
Qeyd edək ki, Azercell abunəçiləri üçün xüsusi endirimlə təqdim olunan Bookmate rəqəmsal platforması vasitəsilə lider operator Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən layihələr gerçəkləşdirir. Azercell-in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı ədəbi məzmun ölkədə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı və Azərbaycanın ədəbi irsinin dünyanın istənilən nöqtəsində müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir.
Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə Azercell bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanmışdır.
“Nizami Gəncəvi İli” ərzində Azercell şirkətinin təqdimatında audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək. Bookmate tətbiqinə abunə olmaq, eləcə də “Azercell Telekom”-un fəaliyyətini mətbuat və sosial media platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən faydalana biləcəksiniz.
Rəqəmsal kitabxana Bookmate haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
6 d. əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
9 d. əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
13 d. əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
19 d. əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
23 d. əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
31 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
44 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 47 d. əvvəl
- 57 d. əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı




















