Prezident yeni deponun açılışında iştirak etdi
Yeni Biləcəri lokomotiv deposunda günəş enerjisindən istifadə ediləcək“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.
Dövlətimizin başçısı yeni deponun açılışını edib.
Qeyd edək ki, son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, digər sahələrdə olduğu kimi nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətində də çox böyük işlər görülüb. Ən önəmlisi odur ki, bütün bu işlər dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda həyata keçirilir. İcra olunan layihələr arasında Azərbaycanda dəmir yolu nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi prosesinin müasir səviyyəyə çatdırılması, dəmir yolu nəqliyyat vasitələri parkının müasirləşdirilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də böyük önəm daşıyır. Bu işlər Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan kimi Azərbaycanın regionda rolunu və yerini daha da möhkəmləndirir, iqtisadi və nəqliyyat-logistika potensialını əhəmiyyətli dərəcədə artırır.
Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 21 d. əvvəl
-
59 d. əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
Ən çox oxunanlar
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir






.jpg)
.jpg)





.jpg)







