Elektron çıxarışların tətbiqinə başlanılır - YENİLİK
Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılır.
Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapıb. Beləki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıbdır.
Bu dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.
Qeyd edilməlidir ki, yeniliyə əsasən qeydiyyat haqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir.
Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Çıxarış və arxivlərin elektronlaşdırılmasının icrası bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradır.
Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.
Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcədə digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.
Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.
“Elektron çıxarış sistemi“ inkişaf etmiş və modern üsullar tətbiq olunan ölkələrdə də geniş istifadə edilir. Məsələn Hollandiya, Almaniya, Latviya və s. dövlətlərdə çıxarışlar xüsusi blanklarda verilmir, yalnız elektron şəkildə təqdim olunur. Ölkəmizdə də bu sistemin hazırlanmasında və tətbiqində beynəlxalq təcrübə öyrənilib, qurulan ən optimal model əsasında isə sistem tətbiq edilir.
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Çıxarışların elektronlaşması ilə artıq bu mərhələlərdən əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu, elanı və icrası prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edir.
Vurğulanmalıdır ki, elektron çıxarış sisteminin tətbiqi, daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması istiqamətində işlər davam etdirilir. Komitə, xidmətlərində innovativ yeniliklərin tətbiq edilməsi ilə bağlı fəaliyyətini də genişəndirir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
6 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
6 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















