Azərbaycandan daha çox valyuta çıxıb, lakin daha az duru yağlar idxal edilib
2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 239 milyon 589 min dollarlıq kərə və bitki yağları idxal edilib. 2020-ci ilin eyni dövründə bu məhulların idxalına 194 milyon 466 min dollar xərclənmişdi.
KƏRƏ YAĞININ İDXALI AZALIB
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq heabatına itinadən xəbər verir ki, Azərbaycana 2021-ci ilin yanvar-oktyabr dövründə 64 milyon 574 min dollar dəyərində 12 min 488 ton kərə yağı idxal edilib. Kərə yağının idxalı 2020-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr dövründə dəyər ifadəsində 1 milyon 913 min dollar və ya 4,3%, miqdar ifadəsində isə 1219 ton və ya 8,9% azalıb. Azərbaycana 2020-ci ilin yanvar-oktyabr dövründə 67 milyon 486 min dollar dəyərində 13 min 707 ton kərə yağı idxal edilmişdi. 2021-ci ilin yanvar-oktyabr dövründə 1 ton kərə yağının idxalına orta hesabla 5170 dollar xərclənib (ötən ilin eyni dövründə 4923 dollar).
BİTKİ YAĞLARININ İDXALI BAHALAŞIB
Azərbaycana 2021-ci ilin yanvar-oktyabr dövründə 175 milyon 16 min dollar dəyərində 125 min 135 ton bitki yağları idxal edilib. Bitki yağlarının idxalı 2020-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr dövründə dəyər ifadəsində 48 milyon 36 min dollar və ya 37,8% artıb, miqdar ifadəsində 8 min 859 ton və ya 6,6% azalıb. Azərbaycana 2020-ci ilin yanvar-oktyabr dövründə 126 milyon 980 min dollar dəyərində 133 min 994 ton bitki yağları idxal edilmişdi. 2021-ci ilin yanvar-oktyabr dövründə 1 ton bitki yağlarının idxalına orta heabla 1399 dollar xərclənib (ötən ilin eyni dövründə 948 dollar).
Qeyd edək ki, bitki yağlarının idxalının dəyər ifadəsilə artmasının səbəbi dünya bazarlarında bu məhulun bahalaşaması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






