Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
İndi “Jalə” şirələri daha dadlı və daha faydalı olub. Tam təbii “Jalə” şirələrinə heç bir konservant qatılmır(®) 100 faiz təbii və sağlam! Bu kəlmələri müxtəlif məhsulların reklamlarında çox eşidirik. Xüsusilə də meyvə şirələrinin təqdimatında onların orqanik və sağlamlıq üçün faydalı olması vurğulanır. Əlbəttə, meyvə şirələrinin təbii olması çox önəmlidir. Axı orqanizm üçün vitamin deposu hesab edilən meyvələrin nə dərəcədə xeyirli olduğunu hər kəs bilir.
Hazırda Azərbaycanda meyvə şirələri bazarında seçim çoxdur. Müxtəlif markalar hər cür meyvələrdən hazırlanan şirələr və nektarları alıcılara təqdim edir. Bəs 100 faiz təbiilik? Orqanizm üçün təhlükəsizliyi? Qutudakı şirələrdə meyvənin özündəki qədər vitaminlərin olması? Azərbaycanda bu meyarlara cavab verən şirələr arasında həm dadı, həm də keyfiyyəti baxımından “Jalə” markası digərlərindən çox fərqlənir.
Daha çox meyvə, daha çox vitamin
Ölkəmizlə yanaşı, xaricdə də kifayət qədər tanınmış brendlərdən olan “Jalə” şirələri Qəbələ Konserv Zavodunda hazırlanır. Bu şirələrin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün son iki ildə yüksək miqdarda meyvə tərkibləri ilə zənginləşdirilib. İndi “Jalə”yə məxsus hər bir şirənin özünəməxsus dadı, tərkibi və faydası var. Onların hazırlanmasında seçmə meyvələrdən istifadə olunur.
Bağlardan birbaşa zavoda gətirilən meyvələr çeşidlənir, saf olanları seçilib müasir texnoloji qaydada sıxılır və konsentratı hazırlanaraq xüsusi temperatur rejimində saxlanılır. Bu da meyvənin tərkibindəki vitaminləri maksimum qorumağa, mikrofloranın inkişafını dayandırmağa imkan verir. Meyvədən asılı olaraq qatı sirop şəkilli bu məhlul fərqli temperaturlarda saxlanılır. Bu da imkan verir ki, müştərilər mövsümdən asılı olmayaraq, istənilən vaxt arzuladıqları meyvənin dadına baxa bilsinlər. Bu zaman şirənin tərkibindəki vitaminlər və faydalı minerallar elə başlanğıcda olduğu nisbətdə qorunub saxlanılır. Bundan əlavə, şirə hazırlanan zaman meyvənin fiziki-kimyəvi və mikrobioloji xüsusiyyətlərinə heç bir təsir göstərilmir. Buna görə də “Jalə”nin 100% təbii tərkibli olduğunu əminliklə demək mümkündür.
Geniş çeşid, hər cür dad
Bəs istehlakçılar yenilənmiş “Jalə”nin dadında nə kimi dəyişiklik hiss edə bilərlər? İndi “Jalə”nin tərkibi daha çox vitaminli, daha çox meyvəlidir. Digər markalardan fərqli olaraq “Jalə” şirələri tam təbiidir, onlara hansısa kimyəvi dadlandırıcı, aromatizator qatılmır. Şirənin hazırlanması zamanı istifadə edilən suyun keyfiyyətinə də xüsusi nəzarət olunur. Nəticədə 100 faizli təbii və dadlı, həm də faydalı şirələr ərsəyə gəlir.
Hazırda çox az meyvə tapılar ki, “Jalə”də ona məxsus dad olmasın. Bu marka müştərilərə albalı, alma, ananas, armud, ərik, heyva, nar, portağal, şaftalı, kimi meyvələrin şirə və nektarlarını təqdim edir.
“Jalə” hər kəsi nəzərə alır
Sıxılmış meyvənin növündən asılı olaraq, “Jalə” şirələri sinir sistemini gücləndirir, mədə və bağırsaqları zərərli mikroblardan qoruyaraq, həzm problemlərinin qarşısını alır. Bu məhsullar, həmçinin ürək ritminin pozulması, qan azlığı, mədə turşuluğunun çatışmazlığı kimi narahatlıqlarda da insanın köməyinə gəlir.
“Jalə” multimeyvə nektarı müxtəlif meyvələrin (portağal, alma, ananas, mandarin, banan, quava, papaya, manqo, laym və ərik) birləşməsindən alınır və nəticədə orqanizmdə vitamin balansı yaradır. Bu nektar soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsi üçün əvəzolunmazdır.
Vitaminlərin uşaqlar üçün çox faydalı olduğunu nəzərə alan “Jalə”, kiçik ölçülü qutularda fərqli şirələr də buraxır. Balacaların sağlamlığı baxımından əvəzsiz olan bu içkilərin tərkibi mikroelementlər və minerallarla zəngindir. 200 ml həcmli qutulardakı alma, şaftalı, albalı, multimeyvə, portağal kimi müxtəlif çeşidli “Jalə” şirələri uşaqların immun sisteminin möhkəmlənməsinə müsbət təsir göstərir.
C vitamini, kalsium və maqnezium mineralları ilə zəngin olan portağal şirəsi uşaqların müqavimətini artırdığına görə onların infeksiyalardan qorunmasına yardım edir. Maqnezium, kalsium, E və K vitaminini daşıyan alma şirəsi isə balacaların yaddaşını gücləndirir. A vitamini və kaliumla bol olan albalı şirəsi isə uşaqlara əlavə enerji verir.
“Jalə”nin hətta diabet xəstələri üçün fruktoza əsasında şəkərsiz şirələri də var. Alıcılar “Jalə”ni 1 litrlik və 200 ml-lik qutularda əldə edə bilərlər.
Keyfiyyət önəmlidir
100% meyvələrdən hazırlanmış “Jalə” şirə və nektarları orijinal dadı və yüksək keyfiyyətinə görə “World Food” , “Global Group” , “ Tuv Austria Cert GMBH” tərəfindən bir sıra yerli və beynəlxalq sertifikatlara layiq görülmüşdür.
Hazırda zavodda 100-ə yaxın adda məhsul istehsal edilir. İstehsal prosesi ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxalq standartlara cavab verir. Belə ki, zavod yüksək səviyyəli keyfiyyət, təhlükəsizlik və idarəetmə standartlarına tam uyğun fəaliyyət göstərməsi üçün İSO 9001-2008 və İSO 22000 FSMS sertifikatlaşdırılmasını keçib. Avropa və Amerika bazarlarında satışı üçün ECOCERT tərəfindən sertifikatlaşdırılır. Zavodun məhsulları bu gün daxili bazarla yanaşı, Avropa Birliyi, Baltikyanı, MDB ölkələri, İran, Türkiyə, ABŞ və 30-dan çox digər ölkələrə ixrac olunur.
Qəbələ Konserv Zavodunda keyfiyyətli iş prinsipi xammal (meyvə və tərəvəz) qəbulundan başlayıb, qablaşdırmaya qədər mövcud olan bütün mərhələləri əhatə edir. Azərbaycanın ən müasir sənaye müəssisələrindən biri olan Qəbələ Konserv Zavodu “Padovan” (İtaliya) və “Tetra Pak” (İsveç) kimi qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib. Müəssisənin illik meyvə şirəsi və nektarı istehsalı gücü 210 min ton, meyvə emalı gücü isə 300 min ton təşkil edir. Hazır məhsulların keyfiyyətli saxlanılması üçün 6.500 palet tutumu olan yeni anbar inşa edilib.
Qəbələ Konserv Zavodunun laboratoriyası məhsulların yüksək keyfiyyətinə və istehsalı prosesinə nəzarət üçün ən müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya şəraitində aparılmış təhlil və çıxarışlar istehsal olunmuş məhsulların 100% təbii, qatqısız və konservantsız olduğuna tam zəmanət verir.
Bir sözlə, keyfiyyətli qidalanmağa üstünlük verənlər, özlərinin və ailə üzvlərinin sağlamlığını düşünənlər üçün 100% təbii “Jalə” şirələri ideal seçimdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR















