Dollar/TL məzənnəsi 14-ü aşaraq rekord qırdı
Türk Lirəsi qısa müddətdə Dollar qarşısında 4%-dən çox ucuzlaşdı. Dollar/Türk Lirəsi məzənnəsi 14,75 səviyyəsini gördü.Dollar/TL məzənnəsi bazar ertəsi günü 14 səviyyəsini keçərək rekord yeniləyib
Marja.az xəbər verir ki, Dolların qiyməti 4%-dən çox yüksələrək 14,75 səviyyəsinə qədər qalxdıqdan sonra 14,45 səviyyəsinə geri çəkilib (Bakı vaxtı ilə saat 12:10-a olan məlumat).
Qeyd edək ki, Türk Lirəsinin ucuzlaşmasının əsas səbəbi Türkiyə Mərkəzi Bankının sentyabr ayından başlayaraq əsas faiz dərəcəsini endirməkdə davam etməsidir. Bankın 16 Dekabr 2021-ci il tarixində keçiriləcək yığıncağında da faizini aşağı salacağı gözlənilir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bu həftə cümə axşamı günü siyasət faizini müəyyən etmək üçün toplanacaq (hazırda TCMB-nin faizi 15% səviyyəsindədir). Unicredit bu yığıncaqda TCMB-nin 1 bənd bir faiz endirimi edəcəyini və gələn ilin əvvəlində isə faizini 12%-ə qədər endirəcəyini düşünür.
Barclays isə TCMB-nin bu həftəki yığıncaqda 2 bənd bir faiz endirimi etməsini və Yanvar ayında da 1 bənd bir endirim qərarı qəbul edəcəyini gözləyir.
Dekabr ayındakı yığıncaqda TCMB-nin 1 bənd endirim etməsini gözləyən Deutsche Bank, sonrakı üç pul siyasəti yığıncağında isə aqressiv bir faiz endirimi gözləmədiklərini, əksinə Bankın faiz artıracağını nəzərdə tutduğunu bildirib. Bank, TCMB-nin dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-ci ilin ilk rübündə faizini 25%-ə yüksəltmək məcburiyyətində qala biləcəyini gözləyir.
Türkiyə Mərkəzi Bankı ötən günlərdə valyuta ehtiyatlarından satış edərək valyuta bazarına müdaxilə etmişdir. Müdaxilələrə baxmayaraq Türk Lirəsinin dəyərdən düşməsi davam edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
39 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























