Riteyl Bankirlər Məktəbi fəaliyyətə başladı
(®) AccessBank-da “Retail Bankers School” (Riteyl Bankirlər Məktəbi) layihəsinə start verilib.
Bank, iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən məzunları proqrama cəlb edib. Bakı və bölgələri təmsil edən 27 universitet məzunu 2 mərhələli seçim turlarının nəticəsində seçiliblər. Proqrama Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Pamukkale Dövlət Universiteti, Yıldız Teknik Universiteti, Eskişehir Osmangazi Universitetinin məzunları seçilib. 3 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq. Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar.
Layihənin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir.
Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
21 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 34 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək















.jpg)






