"Azərbaycan neft gəlirlərinə qənaət etməli, qeyri-neft büdcə kəsirini azaldtmalıdır"
BVF: Azərbaycan fiskal konsolidasiyaya başlamalıdır.Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.
"2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir", - sənəddə deyilir.
Fondun ekspertləri vurğulayır ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Gələcəyə nəzər salsaq, davam edən genişlənmə mövqeyi de-fakto sabitliyi və fiskal dayanıqlığı qorumaqla uyğun gəlməyəcək və neft ehtiyatlarının proqnozlaşdırılan tükənməsi fonunda nəsillərarası bərabərliyə nail olmağı çətinləşdirəcək. Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir.
Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-inə bərabər olacağı proqnozlaşdırılır.
Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























