Qətərlə diplomatik əlaqələri kəsən ərəb ölkələrinin sayı 6-ya çatıb
Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb
Bazar ertəsi günü səhər Yəməndəki Ərəb koalisiyası Dohanı Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəkləməkdə təqsirləndirərək Qətəri öz sıralarından çıxardıqlarını bildiriblər. Bir qədər əvvəl eyni bəyanatla Liviya da çıxış edib.
XXX
Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsib.
“Marja” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, buna səbəb Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və onun daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək göstərməsidir.
Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.
XXX
Səudiyyə Ərəbistanı və Bəhreyn, ölkə təhlükəsizliyi üçün Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bəyan edib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və Bəhreyn ölkələrinin hava məkanını Qətərə bağladıqlarını, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxması lazım olduğunu bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 12 d. əvvəl
-
15 d. əvvəl
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
-
28 d. əvvəl
Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL
-
35 d. əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycanda elektron siqaretlər qadağan olunur
"Caucasus Auto"nun Bakıda yeni Baş ofisi açıldı
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Ən çox oxunanlar
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti















.jpg)






.jpg)
