Huawei ilk elektrikli avtomobilini təqdim etdi - TESLA-DAN UCUZDUR
Daha çox telekommunikasiya məhsulları və smartfonları ilə tanınan Çin şirkəti ilk elektrikli avtomobil modelini təqdim edib.Elektrikli avtomobil rəqabətinə daxil olan texnologiya şirkətlərindən biri olan Huawei ilk modelini təqdim edib.
Marja.az xəbər verir ki, HarmonyOS əməliyyat sistemilə işləyəcək Aito M5 modelinin tədarüklərinə 2022-ci ilin fevralında başlanması planlaşdırılır. Avtomobilin qiymətləri 39 min dollardan başlayır.
Huawei yeni modeli ilə Çin şirkətləri arasında avtomobil rəqabətinə girdi.
"Huawei Consumer Business Group"un baş direktoru Riçard Yu şirkətin qış məhsullarının təqdimat mərasimində verdiyi açıqlamada, Aito M5 elektromobilinin Huawei-nin Harmony OS əməliyyat sistemindən istifadə edən ilk avtomobil olacağını və avtomobilin həm elektrik enerjisi, həm də mineral yanacaqla işləyəcəyini bildirib.
Nəqliyyat vasitələrinin 20 Fevral tarixindən etibarən təhvil verilməsini gözlədiklərini qeyd edən Yu, Aito M5-in qiymətlərinin 250 min yuandan (39 min 63 dollar) başladığını bildirib. Bu rəqəm 280 752 Yuan-dan başlayan Tesla-nın Y modelindən aşağıdır.
Yu, Aito M5-in Model Y-dən daha uzun olduğunu və daha çox güc təklif etdiyini iddia edib. Bununla belə, Tesla avtomobillərindən fərqli olaraq, Aito M5 təkcə elektrik enerjisi ilə işləmir. Avtomobildə həmçinin akkumulyatorun tükənməsi halında hərəkətin davam etdirilməsi üçün benzin çəni də var.
Elektromobilin bir çox fərqli xüsusiyyətindən bir də səs keçirməyən şüşələridir. Yu şüşələrdən bəhs edərkən, "Özəlliyin yüksək keyfiyyətdə olub olmadığını səsdən anlayacaqsınız. Səs kitabxana səssizliyi səviyyəsində olacaq", - deyib.
Huawei-nin ağıllı saatlarından biri də Aito M5 avtomobili üçün avtomobil açarı kimi istifadə edilə bilər.
2019-cu ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp milli təhlükəsizlik problemlərini əsas gətirərək ABŞ şirkətlərinin Çin şirkətlərinə satışını məhdudlaşdırdıqdan sonra Huawei şirkəti HarmonyOS adı altında özünün əməliyyat sistemini hazırlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)




.jpg)







