Qazaxıstanda hökumət istefa verdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.
Baş nazir vəzifəsinin icrası baş birinci müavini Alixan Smayilova həvalə olunub. Sənəddə göstərilir ki, hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
Hökumətdəki mənbələrin xəbərinə görə, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini postuna prezident administrasiyasının rəhbəri Murat Nurtle gətirilib.
Almatıda fövqəladə vəziyyət elan edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev Manqistau vilayətində və Almatıda 2 həftəlik fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Bu barədə Qazaxıstan Prezidentinin administrasiyası məlumat yayıb.
Sərəncamda göstərilir ki, ictimai asayişi bərpa etmək və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün Manqistau vilayətində və Almatıda 2 həftəlik fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Qeyd edək ki, bir müddət əvvəl Tokaev xalqa müraciət edərək vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb.
Ölkədəki vəziyyəti müzakirə etmək üçün bu gün hökumətin iclası keçiriləcək.
Prezident xalqa müraciət edib
Qazaxıstanın Janaozen, Aktau və Manqistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.
Aksiya iştirakçıları maye qazın qiymətinin 120 təngədən 50-60 təngəyə salınmasını tələb edirlər. Hökumət komissiyası məsələ ilə bağlı etirazçılarla danışıq apardıqdan sonra Manqistauda qazın 1 litri 50 təngəyə endirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev etiraz aksiyalarına münasibət bildirib. Dövlət başçısı vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb.
“Hörmətli vətəndaşlar, sizə təkrar müraciət edirəm. Ağıllı davranın, daxildən və xaricdən olan təxribatlara uymayın. Mülki və hərbi obyektlərə hüçum çağırışları tamamilə qanunsuzdur. Bu cinayət cəzalandırılacaq. Hökumət süqut etməyəcək", - deyə prezident müraciətində qeyd edib.
"Bizə konflikt deyil, qarşılıqlı inam və dialoq lazımdır. Gənclərə müraciət edirəm: həyatınızı korlamayın. Sizin bütün qanuni tələbləriniz diqqətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək. Sabah bununla bağlı iclas keçiriləcək”, - deyə Tokayev vurğulayıb.
Dövlət başçısı ölkədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-nə hökumətin iclasını çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)





