Azərbaycanın yeni iqtisadi strategiyasının hədəfləri açıqlandı
“2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payının artırılması, regionların iş qüvvəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırılmasına nail olunacaq".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub.
Onun sözlərinə görə, strategiya çərçivəsində iqtisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaşdırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorunda 5 % səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaqdır.
Mikayıl Cabbarov bildirib ki, bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sektorunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”.
“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq”
“Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr olacaq”.
Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqeyini qoruyub saxlayacaq.
Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin yaradır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələblərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüdrət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarına da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilatçısı olmağa imkan yaradır.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının reallaşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət təməlləri üzərində formalaşacaq”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 32 d. əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)
