Azərbaycanda istiqrazların girov qoyulması ilə alınan borc kəskin artıb
Azərbaycanda qiymətli kağızların əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması öhdəliyi ilə satışı (repo) artıb. Daha çox dövlət istiqrazlarının sahibləri qısamüddətli əlavə vəsaitə ehtiyacları yarandıqda, portfelində olan istiqrazları digər tərəfə razılaşdırılmış müddətdə və qiymətlə (faizlə) geri alacağı öhdəliyi ilə əqd bağlayaraq satırlar. Bir növ istiqraz girov qoyularaq borc alınır.
2021-ci ildə Bakı Fond Birjasında Repo əməliyyatları üzrə ticarətin həcmi kəskin artıb.
Marja Birjaya istinadən xəbər verir ki, Repo əməliyyatları üzrə ticarətin həcmi 2020-ci illə müqayisədə 2021-ci ildə 3,3 dəfə artaraq 7 milyard 196 milyon 335 min manat təşkil edib. 2020-ci ildə Birjada 2 milyard 150 milyon 180 min manatlıq repo əməliyyatları aparılmışdı.
Ötən il dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 3,5 dəfə artaraq 6 milyard 834 milyon 180 min manat təşkil edib. 2020-ci ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 1 milyard 941 milyon 87 min manat olmuşdu.
Repo əməliyyatı kreditdən daha sərfəli (ucuz) vəsait əldə etmək alətidir. Bu zaman istiqrazlar tamamilə satılmır, onun faiz gəliri qazanılır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























