Yenilənmiş 50 manatlıq müsabiqədə finala çıxdı
ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilmiş və bu müsabiqəyə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədavülə buraxılmış pul nişanları cəlb edilmişdir.
Müsabiqə nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilmişdir.
Qeyd edək ki, bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçilmişdir.
Bildiririk ki, “Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan - “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir.
Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
-
22 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 25 d. əvvəl
- 30 d. əvvəl
- 35 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək

















.jpg)






