Universal poçt rabitəsi xidmətlərinin yeni tarifləri açıqlandı
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, qərar ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tarifləri təsdiq edilsin (əlavə olunur ).
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2011-ci il 31 yanvar tarixli 2 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilir.
Yeni qərar 2022-ci il 17 yanvar tarixindən qüvvəyə minir.
Xəbər verdiyimiz kimi, 13 yanvar 2022-ci il tarixində Tarif (qiymət) Şurasının iclası keçirilib.
Tarif (qiymət) Şurasının yaydığı məlumatda bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirmişdir. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranmışdır.
Qeyd edilib ki, yeni tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaqdır.
İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


