Bazar Türkiyə Mərkəzi Bankının pas keçəcəyini gözləyir
Türkiyə Mərkəzi Bankının faiz azaltmaqdan bir müddət imtina etdəcəyi gözlənilir."Bloomberg"in 19 qurum arasında keçirdiyi sorğuya görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yanvar yığıncağında pul siyasəti faizini 14 faiz səviyyəsində sabit saxlayacaq.
Marja xəbər verir ki, sorğuda iştirak edən bir qurum Mərkəzi Bankın 50 bənd endirimlə siyasət faizini 13,50 faizə salacağını düşünərkən, heç bir qurum yanvar ayında faiz dərəcələrinin artırılacağını proqnozlaşdırmayıb.
Sorğuya qatılan qurumların il sonu faiz gözləntiləri isə geniş diapazondadır. İl sonu üçün ən aşağı proqnozu verən qurum 2022-ci ilin sonuna qədər siyasət faizini 9 faizə enəcəyini gözlədiyi halda, ən yüksək proqnozu verən qurum siyasət faizini 22 faizə çatdıracağını gözləyir.
Xəzinə və maliyyə naziri Nurəddin Nəbati "Bloomberg"ə müsahibəsində Mərkəzi Bankın yanvar qərarı ilə bağlı bunları deyib:
"Mərkəzi Bankın necə qərar verəcəyini bilmirəm. Məncə, biz yanvar, fevral, mart aylarını görməliyik. Yanvarda inflyasiyada zirvəyə çatacağıq. Bu ay maaşlarda artımlar olub. Bu üç ayı gördükdən sonra fiskal siyasətlə bağlı atacağımız addımlar var. Birinci rüb əslində bizə hər şeyi göstərəcək".
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 37 d. əvvəl
-
46 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
59 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
















.jpg)




